Klinik kardiologiya - Dr. Ülvi Mirzoyev - Tibb üzrə fəlsəfə doktoru
<language>ru</language>
Mitral və aortal stenoz
Mitral stenoz – sol atrioventrikulyar dəliyin daralmasıdır. Bu zaman qanın sol qulaqcıqdan sol mədəciyə ötürülməsi çətinləşir. Mitral stenoz əksər hallarda revmatizm mənşəli olur. Mitral stenozda adətən atrioventrikulyar dəliyin sahəsi 2 sm²-dan az olduqda klinik əlamətlərlə özünü göstərir. Əsas əlamətlər Yorğunluq, fiziki gərginlik zamanı, sonralar isə hətta sakitlik halında təngnəfəslik, qanhayxırma ilə öskürək, ürək çırpınma və s dir. Mitral stenozda ilkin olaraq medikamentoz müalicə aparılır. Lakin ciddi hemodinamik pozulmalar olduqda dərman müalicəsi effektiv olmur. Stenozun ağır hallarda qapaq protezlənməsi, mitral valvuloplastika əməliyyatları aparılır.
Aortal stenoz və ya aorta dəliyinin daralması qazanılmış ürək qüsurlarının ən çox rast gəlinən formalarındandır. Aortada olan darlıq hesabına ürəyin hər dəfə qanı damarlara qovması zamanı əlavə olaraq işi yükü artır. Daha çox xəstələrdə tənginnəfəslik, tez yorulma, zəiflik meydana çıxır. Aortal stenoz inkişaf etdikcə, xüsusilədə daralma 50 % -i keçdikdə daha çiddi əlamətlər, hətta qəfləti ürək ölümləri rast gəlinə bilər. Aortal stenoz ağırlaşmış mərhələlərdə tez tez bayılmalar, boğulmalar, bədəndə şişmələr kimi əlamətlər meydana çıxır.
Xəstələrdə ilk növbədə Exokardioqrafiya incələməsi aparılır. Daha sonrasında angioqrafiya, aortaqrafiya müayinəsi aparıla bilər. Aortal stenozda meydana çıxan əlamətlərə uyğun dərman müalicəsi təyin olunur.
Aortal stenozda dərman müalicəsi aritmiyaların aradan qaldırılmasına, ÜİX-nin profilaktikasına,təzyiqin normada qalmasına, ürək çatışmazlığının ağırlaşmasının qarşısının alınmasına yönəldilir. Bundan başqa aortal stenozda müdaxiləvi və açıq cərrahi müalicə üsullarıda tətbiq olunur.]]></description>
Ürək qüsurları
Ürək qüsuru dedikdə yəni ki mədəcik və qulaqlıqarası çəpər defektləri, ürəyin qapaq aparatında və ya böyük damarlarda olan dəyişikliklər  nəzərdə tutulur.
Ürək qüsuru 2 cür: anadangəlmə və qazanılmış olur. Anadangəlmə qüsurlara qulaqcıqlararası və mədəciklərarası çəpər deffekti, aorta və ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması və s aiddir.
Qazanılmış qüsürlar-daha çox revmatizm mənşəli olur. Bu qüsurlar ən çox ürək qapaqlarında meydana çıxır. Ürək qapaqlarında qüsurlar qapaq çatışmazlığı və stenoz (daralması) kimi rast gəlinir. 
İstənilən halda ürək qüsurları ürəyin işinə mənfi təsir göstərə bilir, ürəyin qan qovma funksiyasını pozur ki, nəticədə bir sıra əlamətlər ortaya çıxır.
Daha çox tənginəfəslik, tez yorulma, bədəndə şişlər,uşaqlarda göyərmə və s. rast gəlinir. Ürək qüsurları aşkar olunduqda kontrol altına alınmalıdır. Bəzi qüsurlar təqib olunur və yaş artıqca aradan qalxır. Lakin bəzi ürək qüsurlarında müdaxiləvi (invaziv) və cərrahi əməliyyat göstəriş sayıla bilər.]]></description>
Aritmiyalar
Normada ürək bəlli bir ritmlə döyünür. Bildiyimiz kimi ürək 4 kameradan yəni boşluqdan ibarətdir. 2 qulaqcıq, 2 mədəcik. Bu kameralar bəlli bir düzənlə yığılır. Nəticədə ürək döyüntüsü dediyimiz ürək vurğusu meydana çıxır. Ürəyin kameralarının ardıcıl olaraq bəlli bir ritmdə çalışması ürəyin özündə olan sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır. Buna ürəyin elektrik sistemi deyə bilərik. Bu sistem sayəsində ürəyimiz yorulmadan, bütün ömrü boyunca çalışır. Lakin bəzi hallarda ürəyin ritmlərində anormallıqlar meydana çıxır. Buna aritmiyalar deyirik.
Aritmiya əsas iki səbəbdən ürək və ürəkdən kənar səbəblərdən yarana bilər. Koronar damar xəstəlikləri, ürək çatışmazlığı, hipertoniya və s. aritmiyalar yarada bilər. Ürəkdən kənar səbəblərə məsələn tiroid xəstəlikləri, sinir sistemi xəstəliklərini misal çəkə bilərik. Aritmiyalarda ən çox rastlaşdığımız əlamətlər ürək çırpınma hissi, gözlərdə qaralma, halsızlıq,baş gicəllənmə, tez yorulma, bəzən sinə nahiyyəsində ağrılardır. Bəzi aritmiya növləri daha təhlükəli hesab olunur ki, bu zaman xəstəliyə vaxtına müdaxilə etmək çox önəmlidir. Aritmiyaların müalicəsində ilk olaraq dərman müalicəsi aparılır, effektiv olmadığı halda  müdaxiləvi müalicələr həmçinin ürək daxili cihaz imlantasiyaları aparılır.]]></description>
Hipertrofik kardiomiopatiya
Hipertorfik kardiomiopatiya (HKMP)  ürəyin əzələ xəstəliyi olub, daha çox ürəyin işi yükü artan zaman meydana çıxır. Bu xəstəliyə “idmançı xəstəliyi” də deyirlər. HKMP- ürəyin divarının ciddi şəkildə qalınlaşması ilə yəni hipertrofiya olunması ilə xarakterizə olunur. Əksər hallarda qalınlaşmaya ürəyin sağ və sol yarıya ayıran arakəsmədə (septum) rast gəlinir. Normada septumun qalınlığı   11 mm-i keçmir. Lakin HKMP-da 13-60 mm -ə qədər qalınlaşma rast gəlinir. Bu qalınlaşma hesabına ürəyin qan ötürmə işi azalır. Çünki, ürək boşluğunun həcmi azalmış olur. HKMP-bəzi hallarda anadangəlmə, bəzən isə sonradan qazanılmış olur. Qazanılmış HKMP-ya ürəyin işini artıran faktorlar məsələn aorta damarında darlıqlar, hipertoniya xəstəliyi ən çox rast gəldiyimiz səbəblərdəndir.
HKMP-əlamətləri nələrdir?
 Bayılmalar
 Nəfəs darlığı
 Baş gicəllənmə
 Halsızlıq
 Ağır iş görərkən tənginəfəslik
 Bəzən hərəkət edəndə, nərdivan çıxanda sinədə ağrılar və s rast gəlinir.
Xəstəliyin diaqnostikasında ilk olaraq exokardioqrafiya tətbiq olunur. Həmçinin xəstəliyi yaradan faktorların araşdırılmasında angioqrafiya müayinəsidə aparıla bilir.
Xəstəliyin müalicəsində ilk olaraq şikayətləri azaltmaq məqsədilə bəlli dərmanlar təyin olunur. Lakin ağırlaşmış xəstələrdə cərrahi əməliyyat və Alkoqol Septal Ablasiya dediyimiz müalicələr tətbiq olunur. Bu müalicə üsulu ölkəmizdə ancaq bizim mərkəzdə aparılır. Müalicədə əsas taktika müdaxiləvi yolla qalınlaşmış ürək arakəsməsində alkoqol yeridilərək süni infark sahəsi yaradılır ki, bu zaman septumun nazikləşməsi baş verir , yəni qalınlaşmanı fiziki olaraq azaltmış oluruq. Nəticədə ürəyin qan tutma həcmi artmış olur ki, bu zaman xəstələrin həyat keyfiyyəti xeyli yüksəlir.]]></description>
Dilatasyon kardiomiopatiya
Dilatasyon kardiomipatiya ürəyin sol mədəciyinin genişlənməsi nəticəsində qan ötürmə gücünün azalmsıdır. Dilatasyon kardiomiopatiya hər yaşda ortaya çıxa bilər. İlk olaraq bu xəstəlik ciddi bir əlamət verməsədə  sonradan bəlli əlamətlər ortaya yaranır. Bu xəstəliyin yaranmasında koronar damarların xəstəliyi, yüksək təzyiq, tiroid xəstəlikləri,ürək qapağı xəstəlikləri,diabet, bəzi virus xəstəlikləri və s rolu vardır. Həmçinin xəstəlik genetik olaraq, anadangəlmə də inkişaf edə bilər. Əsas əlamətləri:
 Ürək çatışmazlığı əlamətləri (nəfəs darlığı, yorğunluq)
 Ayaqlarda şişmələr
 Çəki artımı
 Baş gicəllənmə, bayılma
 Sinə nahiyyəsində ağrı və təzyiq hissi
Dilatasyon kardiomiopatiyanın diaqnostikasında ilk olaraq exokardioqrafiya, həmçinin stress test aparılır.
Müalicəsində dərman preparatlarının təyini, cərrahi müalicə həyat tərzi dəyişiklikləri tətbiq olunur.]]></description>
Ürək çatışmazlığı
Ürək çatışmazlığı ürəyin bədənə qanı ötürmə gücünün azalması deməkdir. Bu zaman orqan və toxumalarda effektiv qan getmədiyindən bir çox problemlər yaranır. Ürək çatışmazlığının yaranma səbəblər əsasən bunlardır.
 Keçirilmiş infarkt
 Ürəyin qapaq xəstəlikləri
 Ürəyin bəzi əzələ xəstəlikləri
 Hipertoniya və s.
Ürək çatışmazlığının əsas əlamətləri tez yorulma, halsızlıq, nəfəs darlığı, baş gicəllənmə, ayaqlarda şişmələr və s dir. Ürək çatışmazığı xəstələrin həyat keyfiyyətini ciddi şəkildə pozur. Xəstəliyin müalicəsində əsas hədəf xəstənin yaşam keyfiyyətini artırmağa doğru yönəlir. Əsasən dərman müalicəsilə ürəyin fəaliyyətinin yaxşılaşmasına çalışılır. Bundan başqa ürək çatışmazlığının müalicəsində ürək daxili cihaz implantasiyası aparılır ki, buda xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.]]></description>
Ürəyin işemik xəstəliyi (ÜİX)
Ürəyin işemik xəstəli (ÜİX) bütün dünyada insan ölümlərinin əsas səbəbi sayılır. Əzələli orqan olan ürək bütün həyatı boyunca döyünür. Bu zaman ürəyə daimi olaraq qan lazım olur. Ürəkdən çıxan ən böyük damar aortadan ürəyin özünü qidalandıran damarlar ayrılır ki, bunlara ürəyin tac damarları və ya koronar damarlar deyirik. Bəzi hallarda bu damarlarda daralmalar və tıxanmalar meydana çıxır. Nəticədə daralan hissədən yaxşı qan keçə bilmədiyi üçün ürək yaxşı qidalana bilmir və ürəkdə qan çatışmazlığı  yaranır.Ürək buna müxtəlif reaksiya verir. Bəzi insanlarda sinə ağrısı,bəzilərində sinədə və kürəkdə göynəmə,bəzilərində sıxıntı hissi və s ola bilər. Bəzi insanlarda daralan damarlar birdən birə tutulur ki, bu vaxt ürəyin həmin hissəsinə ümumiyyətlə qan getmir. Buna infarkt deyirik. Bütün bunlar Ürəyin işemik xəstəliyi adlanır.
ÜİX-nin yaranma səbəbləri nədir?
 Yaş (kişilərdə ≥ 45, qadınlarda ≥ 55 və ya erkən menopauza)
 Ailə tarixi (birinci dərəcəli qohumlarda kişilərdə 55 yaşdan öncə, qadınlarda 65 yaşdan öncə koronar xəstəliyin olması)
 Siqaret çəkmək
 Hipertoniya (qan təzyiqi ≥ 140 / 90 mmHg və ya təzyiq dərmanlarının qəbulu)
 Qanda xolesterin yüksəkliyi (ümumi xolesterol ≥ 200 mq / dl, LDL-xolesterol ≥ 130 mq / dl)
 Şəkərli diabet (diabet damar problemləri baxımından ciddi bir risk faktorudur)
 Hərəkətsiz və ya az hərəkətli həyat tərzi
 Stress və depressiya 
ÜİX-nin əsas əlamətləri sinədə, kürəkdə, sol qol və çənəaltə nahiyyədə ağrı daha çox rast gəlinir. Bəzən bu əlamətlər mədə nahiyyəsində özünü büruzə verə bilər.
Bəzi xəstələrdə bu kimi əlamətlərin xəstəliyin gedişindən aslı olaraq gərginlik zamanı, bəzilərində sakit halda yarana bilər.
Müalicə nədən ibarətdir?
ÜİX-nin müalicəsi ilk öncə xəstəliyin dərəcəsindən, yəni damarların hansı dərəcədə daralması və ya tıxanmasından aslı olaraq seçilir. İlk növbədə ÜİX-nin net diaqnozunu qoymaq üçün koronar angioqrafiya müayinəsi aparılır. Müayinənin nəticəsinə uyğun olaraq dərman müalicəsi, balon və ya stent tətbiqi və koronar şuntlama əməliiyatı aparıla bilər. İstənilən halda məqsəd ürəkdə qan dövranını bərpa etməkdir.]]></description>
Stress test
STRESS TEST, Treadmil test, fiziki yük sınağı əslində eyni anlayış deməkdir. Stress test ürəyə bəlli bir yük verməklə ürəyin EKQ müayinəsidir. Bəzi hallarda xəstədə bəlli şikayətlər EKQ–də özünü göstərmir ki, bu zaman Stress test müayinəsi aparılır.
Stress test zamanı xəstə xüsusi cihazda hərəkət etdirilir və hərəkət surəti həkim tərəfindən idarə olunur. Hər hərəkət pilləsi müvafiq qiymətləndirilir. Bu zaman hərəkətdə olan xəstədə EKQ çəkilir. Stress testi əsasən aşağıdakı hallarda edirlər:
 Stenokardiya şikayəti olanlarda
 Yoxuşa qalxanda və ya pilləkən qalxanda ciddi təngnəfəsliyi və ağrısı olanlarda
 Əvvəllər stent olunmuş xəstələrdə
 Bəzi ürək əməliyyatlarından əvvəl qiymətləndirmə məqsədilə
 Ürəyin bəzi ritm pozulmalarını qiymətləndirdikdə
 Bəzi qapaq xəstəliklərini qiymətləndirdikdə
 EKQ–si normal olan, lakin ürək şikayəti olan insanlarda
EXO (EXOKARDİOQRAMMA)
Exokardioqrafiya nədir?
Exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir. Exo-invaziv olmayan bir metoddur və bu dalğaların insana heç bir ziyanı yoxdur. Exo-vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. Süni ürək qapaqlarının kontrolu zamanı, eləcədə  transtorakal exo yetərsiz olduğunda və ürək daxili trombların diaqnostikasında  Transezofagial exokardioqrafiya (TEE) tətbiq edilir. Mərkəzimizdə müasir 4D exo cihazı işlədilir. Xəstənin exo müayinəsinə xüsusi hazırlanması tələb olunmur. EXO vasitəsilə aşağıdakı vəziyyətlər qiymətləndirilir.
 Ürəyin qapaq xəstəliklərinin ilkin müşahidəsi
 Qan təzyiqinin ürəyə təsirinin müəyyənləşdirilməsi
 Ürəkdən çıxan böyük damarların funksional incələnməsi
 Bir çox xəstəliklərdə ürəyin vəziyyətinin qiymətləndirilməsi
 Anadangəlmə ürək xəstəliklərinin diaqnostikası
 Bəzi dərmanların ürəyə təsirini təqib etmək məqsədilə
 Trombembolik vəziyyətlərdə 
EKQ (ELEKTROKARDİOQRAMMA)
EKQ - elektrokardioqramma müayinəsi ürəkdə bioloji potensialı ölçür və onu qeydə alır ki, bu üsulla ürəyin fəaliyyəti ilkin olaraq qiymətləndirilir. EKQ bütün hallarda ürəklə bağlı aparılan müayinələrin əvvəlində gəlir. Çünki EKQ  ürəkdə ritm problemləri, əzələ qalınlaşması, qidalanma pozulması, infarkt, stenokardiya və başqa problemlər haqqında ilkin informasiya verir. Ürəyin planlı və təcili müayinələrində ilk olaraq EKQ çəkilir. Lakin EKQ bəzi problemlərin aşkarlanmasında net informasiya vermədiyindən ona tam istinad etmək olmur. Məsэlən, bəzi koronar problemlərdə EKQ normal olsa da, angioqrafiya müayinəsində ciddi damar problemləri aşkar oluna bilər.]]></description>